Misirin xarici işlər naziri Sameh Şükri Qahirə ilə Tehran arasında münasibətlərin kəsilməsindən sonra ilk dəfə İrana səfər edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, iki dövlət arasında diplomatik təmaslar 1980-ci ildə Qahirənin İran İslam İnqilabı zamanı devrilmiş Şah Pəhləviyə siyasi sığınacaq verməsindən sonra kəsilib.

İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi bəzi ölkələrin liderlərinin vəfat etmiş İran prezidenti ilə vida mərasimində iştirak etmək üçün ilk dəfə İrana səfər etdiyini vurğulayıb.