"Türkiyə Azərbaycanı tam dəstəkləyir".
"Unikal" “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Milli Müdafiə Komissiyaları sədrlərinin Ankarada keçirilən 1-ci iclasında bildirib.
Hakan Fidan 4 kəndin Azərbaycana qaytarılmasına münasibət bildirib. O, Cənubi Qafqazdakı vəziyyətə toxunaraq deyib ki, Azərbaycan “bölgədə uzunmüddətli sülhə yol açaraq Qarabağın təxminən otuz il davam edən işğalına son qoyub”.
Fidan Ermənistan tərəfindən işğal altında olan 4 kəndin Azərbaycana qaytarılmasını müsbət addım kimi qiymətləndirib. O, Türkiyənin bu prosesdə Azərbaycanı tam dəstəklədiyini vurğulayıb. Fidan həmçinin əmin olduğunu bildirib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması təkcə iki ölkə üçün deyil, bütün region üçün müsbət nəticələr verəcək.
Nuranə Abbasova