"2022-ci ilin əvvəlindən Gürcüstanda Rusiyanın mövqelərini zəiflədəcək, lakin ölkəmizi məhv edəcək “ikinci cəbhə”nin açılmasına ciddi maraq var".

"Unikal" xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib. 

Onun sözlərinə görə, həmin maraq bu gün də qalır. 

Baş nazir hesab edir ki, indiki dünyada Gürcüstanın taleyi ilə qətiyyən maraqlanmayan “qlobal müharibə partiyası” var və onun yeganə marağı Rusiyanın mövqelərinin zəifləməsidir.

O bildirib ki, Gürcüstanın indiki hakimiyyəti təslim olub istefa verə bilər, lakin bu halda hakimiyyət 2012-ci ilə qədər hakimiyyətdə olan siyasi qüvvəyə keçəcək: "Bu siyasi qüvvənin zəmanətli nəticəsi Gürcüstanın “ukraynalaşdırılması”, çox qısa müddətdə “ikinci cəbhə”nin açılması olacaq, ona görə də biz buna imkan verməyəcəyik”. 

Ağarza Elçinoğlu