Moskva vilayətində yataqxanada baş verən yanğında 8 nəfər ölüb.

"Unikal" xəbər verir ki, yanğın İstra şəhər dairəsinin Padikovo kəndindəki yataqxanada baş verib.

23 yaşlı Özbəkistan vətəndaşı şəxsi evdə yataqxana açıb. Kotteci Özbəkistan vətəndaşına icarəyə verən kottec sahibi İstintaq Komitəsinə dindirilmək üçün gətirilib.

*** 12:38

Moskva vilayətinin İstra rayonundakı tikilidə güclü yanğın baş verib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

SNT Snigir adlı obyektdə qeydə alınan yanğın nəticəsində 6 nəfər ölüb, bir nəfər yaralanıb. 

Fakt araşdırılır. 

Ağarza Elçinoğlu