Rusiya Müdafiə Nazirliyi korrupsiya ilə mübarizə aparır.

"Unikal" xəbər verir ki, bu barədə Kreml rəsmisi Dmitri Peskov brifinq zamanı bildirib.

Diplomat yüksək rütbəli hərbçilərin həbsinə münasibət bildirib. Onun sözlərinə görə, bu iş kampaniya deyil, davam edir.

Peskov əlavə edib ki, həyata keçirilən işlərin təfərrüatlarını açıqlaya bilməz: "Təfərrüatları deyə bilmərəm, səlahiyyətim yoxdur. Burada hər hansı təşviqatdan söhbət gedə bilməz. Bu iş istər federal, istərsə də bələdiyyə səviyyəsində bütün idarələrdə davam edir". 

Ağarza Elçinoğlu