Gürcüstanın qərbində maskalı şəxs silahla banka basqın edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs Kutaisi (İmereti) şəhərinin Çavçavadze küçəsində "Bank of Georgia"nın filiallarından birinə girib. Hadisə şahidlərinin sözlərinə görə, hücum edən şəxs pul tələb edib və bank işçilərini öldürməklə hədələyib. 

Həmçinin, qeyd olunub ki, cinayətkar pulu almadan bankdan çıxıb və polis hadisə ilə bağlı araşdırma aparır.

Zərifə Nağıyeva