Xarici pərəstişkarlarının sıx marağı ilə tez-tez adından söz etdirən türkiyəli aktyor Can Yaman 1 milyon avroluq təklifi rədd edib.

"Unikal" xəbər verir ki, məşhur aktyor onunla görüşmək istəyən Dubaylı bir ailənin 1 milyon avroluq şam yeməyi təklifini qəbul etməyib.

Belə ki, o, "Mən bunu heç vaxt qəbul etmərəm",-  deyərək təklifi rədd edib və narahat edilmək istəmədiyini bildirib.

Qeyd edək ki, "İnadına Aşk", "Dolunay", "Bay False", "Erkenci Kuş" kimi seriallardakı rolları ilə tanınan Can Yaman uzun müddətdir ki, xaricdə yaşayır.

Zərifə Nağıyeva