Hindistanın qərbindəki Maharaştra ştatında fabrikdə partlayış baş verib.

"Unikal" xəbər verir ki,  hadisədən sonra fabrikdə güclü yanğın başlayıb. Partlayış nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb. 

Məlumata görə, kimyəvi maddə istehsalı fabrikin qazanında baş verən partlayışın yanğına səbəb olduğunu bildirib. 

Yanğınsöndürənlər yanğını nəzarətə götürüb. Partlayışın səbəbi ilə bağlı araşdırma başladılıb. 

Ölənlərin sayının artacağı istisna edilmir.

Zərifə Nağıyeva