Azərbaycanda kvotadan əlavə iş yerlərinin açılması nəzərdə tutulur.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli deyib.
O bildirib ki, hazırda hökumətdə müzakirə olunan 3 aktiv tədbirimizi var: "Bunlar məqsədli proqramlar, sosial müəssisələrin yaradılması və kvotadan əlavə iş yerləridir. Hər üç tədbir bütün mərhələlərdən keçib. Administrasiyada yekun müzakirədədir. İnanırıq ki, yaxın vaxtlarda sizin müzakirənizə təqdim olunacaq".
Anar Kəlbiyev