Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Ermənistan-Azərbaycan sərhədinin Tavuş rayonunda delimitasiya olunmuş hissəsində mövqelərini tutublar.

"Unikal"  Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Hörmətli vətəndaşlar, bu gündən etibarən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları Tavuş rayonunun Berkaber kəndi boyunca 1,9 km, Voskepar və Bağanis kəndləri boyunca 4,9 km uzunluğunda olan dövlət sərhədinin mühafizəsini öz üzərinə götürüb” – Paşinyan qeyd edib.