Bu gün Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün sonuncu - XXXVI turuna start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyun günündə keçiriləcək hər üç matç eyni saatda - 19:00-da başlayacaq.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Zirə" doğma meydanda "Səbail"i qəbul edəcək. "Qartallar" 55 xalla üçüncü pillədə qərarlaşıb. İddiası olmayan "Səbail" isə 42 xalla yeddincidir.

"Sumqayıt" doğma azarkeşləri önündə Premyer Liqa ilə vidalaşan "Qəbələ"ni sınağa çəkəcək. "Gənclik şəhəri" təmsilçisi 54 xalla beşinci, "qırmızı-qaralar" isə 26 xalla sonuncu - 10-cu yerdədir.

Digər matçda isə "Neftçi" və "Sabah" komandaları üz-üzə gələcək. Hazırda “ağ-qaralar" 56 xalla ikinci, qonaqlar isə 55 xalla dördüncü pillədə qərarlaşıb.

Hər 3 qarşılaşmaya Belçika və Niderlanddan olan əcnəbi VAR hakimləri təyin olunub.

Qeyd edək ki, turun digər oyunları mayın 26-da keçiriləcək.

Azərbaycan Premyer Liqası

XXXVI tur

25 may

19:00. “Zirə” – “Səbail”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əli Əliyev

VAR: Natan Verbumen (Belçika)

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Zirə İdman Kompleksinin stadionu

19:00. “Neftçi” – “Sabah”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

VAR: Kley Ruperti (Niderland)

AVAR: Vüsal Məmmədov

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Azər Əsgərov

“Neftçi Arena”

19:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev

VAR: Ervin Blank (Niderland)

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Seymur Səlimli

M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu