"Əli və Nino" nəşriyyatı keçmiş əməkdaşları tərəfindən məhkəməyə verilib.

"Unikal"ın məlumatına görə, 3 nəfər- Hüseynova Musavər İsa qızı, Sultanova Səriyyə Rasim qızı və Şahi Müjgan Ehtiram qızı əmək haqqı tələbi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə şikayət ediblər. Cavabdeh qismində tanınan “Əli və Nino” MMC barədə mülki iş hakim Həbibə Miriyevanın icraatına verilib.  

Qeyd edək ki, “Əli və Nino” nəşriyyatı 2005-ci ildən fəaliyyət göstərir. 

Azər İsrafilov