Gəncə şəhərində kafe yanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Müseyib Bağırov küçəsində baş verib. Həmin ünvanda yerləşən kafedə yanğın başlayıb. Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə nəticəsində obyektin 100 kvadratmetr sahəsi əşyalarla birgə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Hadisənin baş vermə səbəbləri araşdırlır.

Tural Əhmədov