Kino və filmlər kənardan füsunkar görünsə də, aktyorlar üçün böyük təhlükələr yarada bilir. Çəkiliş zamanı baş verən qəzalar bir çox məşhur aktyor və aktrisaların həyatını risk altına atıb. 

"Unikal" çəkiliş meydançasında ölümlə üz-üzə gələn məşhurları və yaşadıqları çətin anları təqdim edir:

Charlize Theron

Dizi-Film setlerinde ölümle burun buruna gelen 34 oyuncu - 2

Charlize Theron 2005-ci ildə çəkilmiş "Aeon Flux" döyüş filmində boynu üstünə düşüb.  Bu, onun iflİc qalmasına səbəb ola bilərdi.  Aktrisanın zədələri səbəbindən çəkilişlər səkkiz həftə dayandırılıb.

Ed Harris
Dizi-Film setlerinde ölümle burun buruna gelen 34 oyuncu - 3

Ed Harrisin 1989-cu ildə çəkildiyi "The Abyss" filminin sualtı çəkilişləri zamanı bir neçə dəfə boğulmaq təhlükəsi yaşayıb.  

Martin Sheen
Dizi-Film setlerinde ölümle burun buruna gelen 34 oyuncu - 4

Martin Sheen, 1979-cu ildə "Apocalypse Now" filminin çəkilişləri zamanı həddindən artıq içki içməsi və narkotik istifadə etməsi səbəbindən infarkt keçirib. Sheen, onu müalicə edə biləcək həkim tapana qədər təxminən 1 kilometr yolu sürünməli olub. 

Ceki Çan
Dizi-Film setlerinde ölümle burun buruna gelen 34 oyuncu - 5

Ceki Çan öz kaskadyorları ucbatından çoxlu çəkiliş zamanı qəzalar keçirsə də, aktyor 1986-cı ildə çəkilmiş " Armour of God' komediyasının çəkiliş meydançasında ağacdan sürüşməyə çalışarkən 25 metr hündürlükdən yıxılaraq başını daşa vurmuş və kəllə sümüyünü sındırmışdır. Çan dərhal əməliyyata alınmış və bu günə qədər hələ də kəllə sümüyündə plastik tıxacla bağladığı dəlik var.

Halle Berry
Dizi-Film setlerinde ölümle burun buruna gelen 34 oyuncu - 9Halle Berry 2013-cü ildə çəkilmiş "Zəng" triller filminin çəkiliş meydançasında döyüş səhnəsini çəkərkən başını beton döşəməyə çırpmış və huşunu itirmişdir.

Tom Kruz
Dizi-Film setlerinde ölümle burun buruna gelen 34 oyuncu - 13

Tom Kruzun "Edge of Tomorrow" filmindəki baş rol olan tərəf müqabili Emili Blant, qatıldığı bir proqramda ikilinin 2014-cü ildə çəkdiyi avtomobil təqibi səhnəsindən danışıb. Blant həmin anları belə xatırlayıb: “Sağ döngəyə yaxınlaşanda Tomun əyləc, əyləc, əyləc dediyini eşitdim, amma çox gecikdim və ağaca çırpdım. "Mən Tom Kruzu az qala öldürürdüm”,- deyə, o, əlavə edib.

Con Hurt

Dizi-Film setlerinde ölümle burun buruna gelen 34 oyuncu - 14

İngilis aktyor Con Hurt, David Lynch-in 1980-ci ildə çəkdiyi "The Elephant Man" filmində "Cozef Merick" obrazını canlandırarkən, həddən artıq makiyaj edilməsi səbəbindən dəfələrlə boğulma təhlükəsi ilə üzləşdiyini açıqlayıb.

Bob Denver
Dizi-Film setlerinde ölümle burun buruna gelen 34 oyuncu - 17

1960-cı illərdə "Gilligan's Island" serialında "Gilliqa" obrazını canlandıran Bob Denver qəfəsdə aslanla ölüm təhlükəsi ilə üzləşib. Aslan tərbiyəçisinin müdaxiləsi ilə Denver son anda ölümdən xilas olub.

Kristin Chenweht

Dizi-Film setlerinde ölümle burun buruna gelen 34 oyuncu - 19

Kristin Chenoweth 2013-cü ildə "The Good Wife" hüquq dramında rol almışdır, lakin çəkilişin ilk günündə işıqlandırma qurğusu onun üzərinə düşərək üzünə dəymiş, kəllə sümüyü və burnu sınmış, dişləri çatlamış, onur və qabırğaları xəsarət almışdı. Chenoweth qəzadan sonra seriala qayıtmamaq qərarı alıb.

Kate Winslet
Dizi-Film setlerinde ölümle burun buruna gelen 34 oyuncu - 18

1997-ci ildə çəkilmiş "Titanik" filminin ən gərgin səhnələrindən birində Kate Winslet və Leonardo DiCaprio nəhəng dalğadan qaçarkən, Winsletin paltarı tora ilişmiş və onu aşağı sürükləmişdi. Məşhur aktrisa qurtulmağı bacarana qədər suyun altında qalmışdır.

Zərifə Nağıyeva