Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Səbuhi Əmiraslanov işdən çıxarılıb.
"Unikal" xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr verib.
Onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, S. Əmiraslanov bu vəzifəyə ötən ilin iyul ayında təyin olunmuşdu.