Bu ilin mayında ölkədən çıxışı qadağan olunan 419 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 23 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

Bu barədə "Unikal"a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 316 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.