Xocalıda 32 ildən sonra ilk toya hazırlıq işləri gedir. 

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb. 

Maraqlıdır ki, toy 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımını törədən erməni barbarları tərəfindən dağıdılmış evin xarabalıqları üzərində baş tutacaq. 

Qeyd edək ki, bu, 1992-ci il yanvarın 18-də Xocalıda keçirilən sonuncu toyun davamı olacaq. Həmin vaxt Vasif Qafarov adlı Xocalı sakininin toyu atışmaya görə yarımçıq dayandırılmışdı. 

Ağarza Elçinoğlu