Bu gün UEFA Çempionlar Liqasında 2023-2024 mövsümünün qalibi bəlli olub.

"Unikal" xəbər verir ki, final matçında İspaniyanın "Real Madrid" və Almaniyanın "Borussiya Dortmund" klubları üz-üzə gəlib.

İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilən matç "Real"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, "Real" bu turnirin ən titullu klubudur. Madridlilər ümumilikdə 15 dəfə ÇL-in kubokunu başları üzərinə qaldırıblar. Dortmund klubu isə yalnız bir dəfə - 1996-1997 mövsümündə yarışın qalibi olmuşdu.

***00:45

Çempionlar Liqasının finalında "Real Madrid" - "Borussiya Dortmund" qarşılaşması davam edir. 

"Unikal" xəbər verir ki, ikinci hissədə "Real" önə çıxıb. Dani Karvahal 74-cü dəqiqədə fərqlənib. Vinisius Junior isə 83-cü dəqiqədə ikinci qolu vurub.

0–2.

***01.06.2024 / 22:47

Çempionlar Liqasının finalında keçiriləcək "Real" - "Borussiya" (Dortmund) oyunu üçün start heyətlər müəyyənləşib.

"Unikal" xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça aşağıdakə tərkibdə çıxacaq:

"Real": Kurtua, Karvahal, Rüdiger, Naço, Mendi, Valverde, Kamavinqa, Kroos, Bellinqem, Rodriqo, Vinisius Junior

"Borussiya": Kobel, Şlotterbek, Sanço, Füllkruq, Hummels, Brandt, Sabitzer, Matsen, Can, Ruerson, Adeyemi