Samux şəhəri Heydər Əliyev prospektində yeni salınmış istirahət parkında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram şənliyi təşkil olunub.

Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələrinin övladları, ümumtəhsil məktəblərinin şagirdləri, uşaq bağçalarının kollektivləri,balaca fidanlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Məktəblilərin müxtəlif mövzularda çəkdikləri rəsm əsərləri, mədəniyyət müəssisələrinin kitab sərgisi, nağıl personojlarının səhnəcikləri, məktəblilərin əl işləri və idmançıların nümünəvi çıxışları sakinlər tərəfindən maraqla izlənilib.

Samux Rayon İcra Hakimiyətinin başçısı Firdovsi Əliyev uşaqları bayram münasibətilə təbrik edib, onlara xoş arzularını çatdırıb. Ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbətlə yanaşdığını, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini vurğulayıb.

Bayram şənliyi konsert proqramı ilə davam edib. Balaca fidanların yaratdığı kompazisyalar, rəqslər, şeirlər və xorla ifa edilən mahnılar iştirakçılarda xoş ovqat yaradıb.