Hindistanda keçirilən ümumi seçkilərin 7-ci və son mərhələsində 33 seçki məmuru həddindən artıq istilər səbəbindən həyatını itirib.

"Unikal" xəbər verir ki, bu barədə Hindistanın NDTV kanalı məlumat yayıb.  

Uttar Pradeş əyalətinin Baş Seçki Mütəxəssisi Navdeep Rinva ölkə daxilində həddindən artıq istilərin seçki rəsmilərinə də təsir etdiyini vurğulayıb.

İstilər səbəbiylə əyalətdə 33 seçki məmurunun həyatını itirdiyini bildirən Rinva, bu sayının seçki zamanı vəzifə yerinə yetirən təhlükəsizlik işçilərinin olduğunu qeyd edib. Rinva ölənlərin ailələrinə 1,5 milyon rupi (təxminən 18 min dollar) təzminat ödəniləcəyini açıqlayıb.

Həddindən artıq istilərin təsirli olduğu Hindistanda ötən həftə hava şəraiti səbəbindən 40 nəfər həyatını itirib.

Bütün zamanların ən yüksək temperaturu paytaxt Yeni Dehlidə 52,9 dərəcə ilə qeydə alınıb.

Xatırladaq ki, aprelin 19-da başlayan və dünən başa çatan seçkilər çərçivəsində Hindistanda təxminən 968 milyon seçici Xalq Məclisinin üzvlərinin seçilməsi üçün səs verib.

Gülayə Mecid