"Real Madrid" Çempionlar Liqası kubokunu qazandıqdan sonra L'Almudena Katedralində keçirilən kilsə mərasiminə qatılıb. Komanda keşişlərlə bilikdə kubokla xatirə şəkli çəkdirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının finalında Almaniyanın "Borussiya Dortmund" komandasına 2:0 hesabı ilə qalib gələn "Real Madrid"in futbolçuları texniki heyətlə birlikdə kilsə ziyarətinə gedib.

"Real Madrid" prezidenti Florentino Peres Madrid kilsə keşişinə kubok üçün xüsusi hazırlanmış surəti və bütün komandanın imzası olan forma hədiyyə edib.

Zərifə Nağıyeva