Son 6 il ərzində Azərbaycanda 545 minə yaxın şəxs işlə təmin olunub.

"Unikal" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib. 

Nazir müavini bildirib ki, 131 mindən çox şəxs haqqı ödənilən ictimai işlərdə müvəqqəti məşğulluğu təmin edilib: “80 minə yaxın şəxs özünüməşğulluq proqramına, 27,5 min şəxs isə peşə hazırlığına cəlb olunub”.

A.Əliyev qeyd edib ki, bu gün ölkə üzrə kvota tətbiq edilən işəgötürən sayı 4650-ə yaxındır: "Ümumi kvota üzrə iş yerlərinin sayı 28,5 mindir. Bu gün kvota iş yerlərində 25 min şəxsin məşğulluğu təmin olunub. Təklif olunan dəyişiklik kvotadan əlavə iş yerlərinin proqramı ilə bağlıdır. Məqsədli proqramlara qoşulmaq istəyən işəgötürənlər üçün müsabiqə elan olunacaq. Əsas üstünlük müəyyən edilmiş tarixlərdə işçilərinin sayını azaltmayan, iş yerlərini ixtisar etməyən işəgötürənlərə veriləcək. İşəgötürənlərlə Dövlət Məşğulluq Agentliyi arasında 3 illik, işçilərlə isə 2 illik müddətinə müqavilə imzalanacaq. Proqramın da mahiyyəti işsizlikdən sığorta vəsaiti hesabına işəgötürənlərə yeni işlərini açmaq üçün dəstək verilməsidir".

Anar Kəlbiyev