İsmayıllı Rayon İcra Hakimiyyətinin qarşısından sel keçib.
İcra Hakimiyyətindən "Unikal"a verilən açıqlamada bildirilib ki, bu hal yağış sularına görə yaranıb:
"Həftəsonu İsmayıllı rayonunda güclü yağış yağıb. Buna görə də bəzi küçələrdə və Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında xırda sel yaranıb.
Şəhərə və şəhər təsərrüfatına heç bir ziyan dəyməyib", - deyə açıqlamada qeyd olunub.
Murad İbrahimli