Astroloqlar 3 iyun 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

"Unikal" həmin proqnozları təqdim edir:

Qoç:
Gün ərzində ticarət məsələləri və razılaşmalar daha çox gündəminizdə olacaq. Yeni müqavilələr bağlamaq, anlaşmalar imzalamaq və təhsilə bağlı məsələlər gündəminizdə olacaq. Qohumlarınız, bacı-qardaşlarınız və ailənizlə bağlı məsələlər bu gün gündəminizdə olacaq.

Buğa: 
Bu gün gündəlik işlərinizi, qayğılarınız, özünüzlə bağlı məsələlər gündəminizdə olacaq. Eyni zamanda, qazanc əldə edə biləcəyiniz yeni kommersiya inkişaflarınız ola bilər. Bacı-qardaşınızdan borc almaq və ya borc vermək  kimi məsələlər gündəminizdə olacaq.

Əkizlər: 
Özünüzü emosional olaraq içinə qapanıq hiss edə bilərsiniz. Ancaq hakim planetiniz Merkurinin Əkizlər bürcünə keçməsi ilə bu 2 həftəlik müddətdə həyat sizin üçün daha zövqlü olacaq. Şişirdilmiş çıxışlardan və yerinə yetirilməsi mümkün olmayan vədlərdən çəkinməlisiniz.

Xərçəng:
Bu gün ətrafınızdakı insanlara kömək edə bilərsiniz. Dostlarınızla vaxt keçirmək və ya izdihamlı mühitlərdə olmaq sizi narahat edə bilər. Emosional olaraq inciklik hiss edə və ünsiyyətlərinizi kəsə bilərsiniz.

Şir:
Gün ərzində karyera həyatınızla bağlı diqqət çəkən məsələlər ön plana çıxa bilər. Həyat yoldaşınız və ya tərəfdaşlarınızla aranızdakı məsələlərdən danışarkən, bu vəsvəsə məsələsini nəzərə almalısınız.

Qız: 
Bu gün iş və gündəlik işlərinizlə bağlı sizi gərgin hiss etdirən məsələlərdən  uzaqlaşmaq istəyə bilərsiniz. Səhər saatlarında iş mühitinizdə kiçik gərginliklər yarana bilər. Ancaq ünsiyyət bacarıqlarınızla günorta saatlarında bu məsələni öz xeyrinizə çevirə bilərsiniz.

Tərəzi:
Xərclər və ödənişlər məsələsi gündəminizdə olacaq. Səhər saatlarında eşq həyatınızda kiçik böhranlar yaşana bilər. Bununla belə, bu gün sizi əyləncəli bir gün gözləyir. İntellektual olaraq etdiyiniz bütün təlimlər və fəaliyyətlər əhvalınızı yüksəltməyə kömək edəcək.

Əqrəb: 
Bu gün ortaqlıqlar və ortaqlıqlardan əldə olunan gəlir məsələləri gündəminizdə olacaq. Səhər saatlarında həyat yoldaşınız və ya ailənizlə aranızda kiçik gərginliklər yarana bilər.

Oxatan: 
Gündəlik işiniz və iş həyatınızla bağlı məsələlər gündəminizdə olacaq. Tərəfdaşlarınız və ya həyat yoldaşınızla bağlı kiçik problemlər gündəminizi zəbt edəcək.

Oğlaq:
Bu gün səhər saatlarında eşq həyatınızla bağlı kiçik gərginliklər ola bilər. Uşaqların sağlamlığı və ya maliyyə öhdəlikləri stressə səbəb olacaq.

Dolça:
Gün ərzində ailə və ev həyatınızla bağlı məsələlər gündəminizdə olacaq. Səhər saatlarında ailə daxilində kiçik böhranlar baş verə bilər. Ancaq uşaq sahibi olan Dolçalar yaxşı xəbər alacaqlar və ya eşq həyatları ilə bağlı aktiv bir dövr onları gözləyir.

Balıqlar: 
Yaxın ətrafınızla bağlı məsələlər bu gün gündəminizdə olacaq. Qısa səfərlər zamanı diqqətli olmalısınız. Ailənizlə birlikdə olmaq və onlara qayğı göstərmək bu gün prioritetiniz olacaq. Ailə daxilində daha çox ünsiyyət qurmağınız lazım olan vəziyyətlər yarana bilər.

Zərifə Nağıyeva