Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyada yaşayan azərbaycanlı bəstəkar, pianoçu və orqan ifaçısı, Əməkdar artist Arif Mirzəyev ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu il 80 yaşı tamam olan bəstəkarı salamlayan Komitə sədri yubileyi münasibətilə qonağı təbrik edib, ona can sağlığı və yaradıcılıq uğurları arzulayıb. 

Arif Mirzəyevin Avropadakı yaradıcılıq fəaliyyətini yüksək qiymətləndirən Komitə sədri,  bəstəkarın yubileyi ilə əlaqədar Avropanın bir çox şəhərlərində keçiriləcək silsilə tədbirlər haqqında məlumatlı olduğunu bildirib. 

Almaniyada Şərqin Sebastyan Baxı kimi tanınan maestroya 80 illik yubileyi və əvəzolunmaz xidmətlərinə görə Azərbaycan Respublikasının “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib.

Əməkdar artist Arif Mirzəyev fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib.