"Kiyev rejiminin nümayəndələri heç bir informasiya saxtakarlığından əl çəkmirlər". 

"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

O, Xerson metrosunun məlumatlarını şərh edərək bildirib ki, Ukrayna tərəfi guya Rusiyanın hərəkətləri ucbatından dinc əhalinin ölümünü səhnələşdirməyə hazırlaşır. 

"Bu, daha çox bizim xüsusi xidmət orqanlarımız, bilavasitə xüsusi hərbi əməliyyat keçirən hərbçilərimiz üçün mövzudur",  - Kreml nümayəndəsi bildirib.

Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, Kiyev heç bir informasiya fırıldaqçılığına laqeyd yanaşmır; "Bu, yalan və dezinformasiya olduğu üzə çıxan Buçada baş verən hadisələrin timsalında məlumdur".