"Bir çoxu ölkəni tərk etməmək üçün çıxış yolu kimi Azərbaycan vətəndaşı ilə nikah bağlamağı seçir. Bu da bir çox problemlərin yaranmasına gətirib çıxarır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı komitə sədri Hicran Hüseynova deyib.

“Dəfələrlə şahidi oluruq ki, belə nikahların böyük hissəsi uğursuz olur, ailə üzvlərinin, xüsusilə də qadın və uşaqların hüquqları pozulur. Bir çox hallarda onları müdafiə etmək çətin olur. Eyni zamanda bu hal ölkədə qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə də mənfi təsir göstərir”, - deyə komitə sədri əlavə edib.

Anar Kəlbiyev