"İllər əvvəl nikah yaşını aşağı endirdik. Orada istisna hallar nəzərdə tutuldu. Yaşananlar onu göstərdi ki, xüsusilə rayonlarda istisnaların özündən sui-istifadə halları çoxdur. Bəzən icra qurumlarının özləri, ilk növbədə isə ailələr bundan sui-istifadə edirlər".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Jalə Əliyeva deyib.

"İstisna ilə bağlı yazmışıq ki, əgər ailədə kimsə xəstədirsə, qadın hamilədirsə və s. Bunu əllərində bayraq tutaraq, istisna hallar mövcud olmasa da bu ad altında nikaha daxil olmağa çalışırlar. Həm özlərini, həm də dövləti aldatmış olurlar. Bununla da övladlarının gələcəyi ilə oynayırlar. Bu məsələyə nəzarət mexanimzi gücləndirilməlidir", - deyə deputat bildirib.

Anar Kəlbiyev