"Məqsədli nikahla əlaqəli yeni layihə üzərində işlənilir. Bir neçə ölkənin təcrübəsinə baxılıb".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat Baş İdarəsinin Hüquqi təminat idarəsinin rəisi Nizami Quliyev deyib. 

O bildirib ki, artıq şəxs nikaha daxil olduğu halda onun məqsədinin nə olduğunu və nikahının dəqiqliyini yoxlaya biləcəklər: "Çünki məqsədi ortaya çıxarmaq ağır prosesdir. Hazırda məqsədli nikahları ancaq müraciətlər əsasında müəyyən edə bilirik. Yeni hazırlanacaq layihədə bütün bu məsələlər nəzərdə tutulub".

Anar Kəlbiyev