Gündə altı saatdan çox oturaq olan uşaqlarda gənc yaşda qaraciyər xəstəliyinə tutulma riski yüksəkdir.  

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

Araşdırmanın müəllifi, professor Endryu Aqbaje Böyük Britaniyada azyaşlı uşaqların məlumatlarını təhlil edib. Bu tədqiqatda 11-24 yaş arası 2684 uşaq cəlb olunub. 17 və 24 yaşlarında tədqiqat iştirakçıları qaraciyərin ultrasəs müayinəsindən keçiblər. Bu  müddət ərzində qaraciyər fermentlərinin səviyyəsini müəyyən etmək üçün qan testləri də veriblər. 

Araşdırmanın nəticələrinə görə, gündə 6 saatdan artıq oturaq həyat tərzi keçirən uşaqlarda 25 yaşından əvvəl qaraciyər xəstəliyinə tutulma ehtimalı 15% daha çoxdur.