Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Əliyev Cavad Akif oğluna məxsus 1 ədəd “RQ-42” markalı əl qumbarası və 1 ədəd kustar üsulla hazırlanmış ov tüfəngi Bakı şəhəri, Binəqədi rayonu ərazisində aşkar edilərək götürülüb.

"Unikal" xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Faktla bağlı araşdırma aparılır.