“Enactus Dünya Kuboku 2024 Simulyasiyası”nın qalibi Bakı Ali Neft Məktəbi (BANM) olub. 21 universitet tələbələri arasında keçən yarışda BANM-in tələbələri Aysel Rəhimli, Çingiz Məmmədov və Oktay Əmrahov I yerə çıxıblar. 

"Unikal" xəbər verir ki, müsabiqə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və “Enactus Azərbaycan”ın təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, "Enactus" yarışı gələcək nəsil təşəbbüskar liderləri və sosial yenilikçiləri yetişdirərək daha yaxşı bir dünya yaratmağa hədəflənmiş ən böyük təcrübə və öyrənmə platformasıdır. Bu məqsədlə "Enactus" gənclərə nəzəri biliklərini praktikada tətbiq etməyə, biznes, təhsil və sosial layihələrini həyata keçirməyə şərait yaradır, azad sahibkarlığı təbliğ edir.