Olimpiya Oyunları ərəfəsində polis minlərlə evsiz və çətin sosial vəziyyətdə olan insanları Parisdən və onun ətrafından qovub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sığınacaq axtaranlar, təhlükəli və həssas vəziyyətdə olan uşaqları olan ailələr, o cümlədən narkomanlar ölkəni tərk etməli olublar.
"Le Revers de la Médaille" adlı bir qrup birliyin hesabatında deyilir ki, bu insanlar hakimiyyət tərəfindən “arzuolunmaz hesab olunur”.