Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən həyata keçirilən “Diaspor Akademiyası” layihəsi diaspor fəaliyyətinin nəzəri və praktiki aspektlərini diaspor nümayəndələrinə aşılamağı nəzərdə tutan, bu məqsədlə müxtəlif təlim, seminar və konfranslar təşkil edəcək bir platformadır.

"Unikal" xəbər verir ki, layihənin əsas məqsədi diaspor nümayəndələrini səmərəli diaspor fəaliyyətinə hazırlamaq, fandreyzinq alətlərinə yiyələnmələrinə kömək göstərmək, diaspor nümayəndələrindən öyrəndiklərini və təcrübələrini yaşadıqları ölkələrdəki Azərbaycan diasporunun digər nümayəndələrinə ötürə biləcək kadrlar hazırlamaqdır. Sözügedən məqsədlərə çatmaq üçün layihə çərçivəsində mövzulara uyğun olaraq müxtəlif ekspertləri tədris prosesinə cəlb etməklə, onlayn formatda təlim və seminarlar təşkil ediləcəkdir.

Təlimlər 2024-cü ilin sentyabr ayından başlamaqla dekabr ayına qədər davam edəcək. Layihə ərzində ayda iki dəfə olmaqla ümumilikdə 9 mövzunun onlayn formatda tədrisi nəzərdə tutulur. Layihədə iştirak edən və “Diaspor Akademiyası”ndan məzun olan şəxslər yekunda sertifikat əldə edəcəklər.

Təlimlər ödənişsizdir. Qeydiyyat üçün son tarix 31.07.2024-cü ildir.

Qeydiyyat üçün link: https://bit.ly/3ZJVdpN  

Qeyd edək ki, Diaspor Akademiyası çərçivəsində ilk təlimlər 2023-cü ilin dekabr ayından başlamaqla 2024-cü ilin aprel ayına qədər davam edib. Layihəni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.