Naxçıvan Muxtar Respublikasında yeni ekologiya və təbii sərvətlər naziri təyin edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sərəncama əsasən, Xanlar Aftandil oğlu Mustafayev Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin olunub.

Qeyd edək ki, Xanlar Mustafayev  buna qədər Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edirdi.