Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbirdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı tarixi Zəfərdən danışılıb, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib.

Tədbir zamanı şəhid övladları müxtəlif oyunlar oynayıb, attraksionlarda əylənib, şeir və mahnılar səsləndiriblər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.