I Qarabağ müharibəsi şəhidi Natiq Rəhim oğlu Sədiyevin xatirəsinə həsr olunmuş qol güləşi üzrə Ağstafa rayon birinciliyinin qalibləri mükafatlandırılıb. 

"Unikal" xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan mərasimdə Seymur Orucov, məsul şəxslər, şəhidin qızı Nəcmiyyə Sədizadə və idmançıalr iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan RİH başçısı birinciliyin qaliblərini təbrik edib, dövlətimiz tərəfindən, o cümlədən Ağstafa rayonunda idman sahəsinə göstərilən yüksək diqqət və qayğıdan söz açaraq idmançıları ölkəmizi hüdudlarından kənarda da təmsil edərək müqəddəs Bayrağımızı zirvələrə qaldırmağı arzu edib.  

Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Ağstafa RİH başçısı müxtəlif yaş qrupları üzrə qaliblərə müvafiq diplom və medalları təqdim edib. 

Sonda xatirə şəkli çəkdirilib.