Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Zaqatala filialı 2024/2025-ci tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan edir.

"Unikal" xəbər verir ki, təkrar ali təhsilə sənədlərin qəbulu elektron qaydada portal.edu.az və kabinet.unec.edu.az üzərindən həyata keçirilir. Qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə portal.edu.az, sonra isə kabinet.unec.edu.az portalları vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Müvafiq tələblərə cavab verən şəxslər təkrar ali təhsil almaq hüququ qazanacaqlar.

Sənədlərin qəbulu 2024-cü il may ayının 30-dan avqust ayının 31-dək aparılacaq. İxtisasların siyahısı və əlavə məlumatla unec.edu.az saytının “Qəbul” bölməsindən tanış olmaq mümkündür.