Ədliyyə nazirinin müavini Toğrul Musayev vəzifəsindən azad edilib.

"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, ikinci dərəcəli dövlət ədliyyə müşaviri T.Musayev tutduğu vəzifədən azad edilib. 

Digər sərəncamla, onun yerinə Ali Məhkəmənin hakimi Abiddin Hüseynov təyinat alıb. Təyinatla bağlı Məhkəmə-Hüquq Şurası onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib. 

Qeyd edək ki, Toğrul Musayev 24 ildir ədliyyə nazirinin müavini idi.