Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən "AvroQrand" şirkətinin rəhbəri Xanlar Əhməd oğlu Cəfərovun məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, MTK sədri olan Xanlar Cəfərov bir neçə şəxsə qarşı dələduzluq etməkdə təqsirli bilinir.
Şahid qismində ifadə verən Elnur Balakişizadə bildirib ki, valideynim həmin binada 2014-cü ildə mənim adıma mənzil alıb, köçüb yaşamışıq. 2022-ci ildə məbləği tam ödəyib qurtarandan sonra atam 156 kv metr olan mənzili yaxın tanışımız Sumayə Binnətovaya 85 min manata satdi, ödənişi isə hissə-hissə etmək şərti ilə.
Zərərçəkən isə etiraz edərək bildirdi ki, həmin mənzil 19 iyul 2020-ci ildə satılıb. Ancaq polisdə ifadə verib ki, mənzili 2022-ci ildə satmışam, yalan ifadə verib. Müqavilədə şirkətin direktoru Cahangir Məmmədov və alan Sumayə Binnətovanın imzası var.
Xanlar Cəfərov isə ifadə verərək bildirib ki, Elnurun atası bizə 30-35 min manatlıq sement verib, o da keyfiyyətsiz çıxıb. Yəni mənzil bunların deyil.
Növbəti şahid Şamil Rasim oğlu İsmayılov bildirildi ki, 2021-ci ildə Xırdalan şəhərində parkın ərazisində mənzil aldıq makler vasitəsi ilə. 87 kv metr mənzil üçün 35 min manat pulu Xanların özünə verdik, bizə evin maliyyə arayışını və müqaviləsini verdi. Bir müddət sonra məlum oldu ki, mənzil başqa şəxsə də satılıb. Hazırda mənzil 2-ci satılan şəxsdədir.
Xanlar Cəfərov isə şahidin ifadəsinə etiraz etdi, bildirdi ki, mənə Rasim adlı şəxs mənzil üçün pul verməyib.
Rövşən adlı şəxs mənə 100 min dollar ayda 7 faizlə Bayram Əsgərxanov adlı şəxsin vasitəsi ilə mənə verib. Biz də bu şəxsə 150 kv metrlik mənzil yazıb verdik öz payımızdan.
Hakim növbəti məhkəmə prosesində çıxışların başlayacağını qeyd etdi.
Növbəti məhkəmə prosesi iyul ayının 3-nə kimi təxirə salınıb.
Azər İsrafilov