“Delta Qrup C.O.” MMC-nin rəhbəri Şabanov İlkin İmran oğlu Canahgirzadə Məhəmməd Niyaz oğlunu və onun rəhbəri olduğu Pacific Bread MMC–ni (№1 Çörək Zavodu) əmək münasibətləri ilə bağlı məhkəməyə verib.

“Unikal”ın əldə etdiyi məlumata görə, məhkəmə prosesinə Yasamal Rayon Məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədova sədrlik edir. 

Xatırladaq ki, Cahangir Məhəmmədzadə 2001-2011-ci illərdə “Beynəlxalq Bank”ın Nərimanov, 2011-2014-cü illərdə isə Sənaye filialının müdiri olub. Sonralar isə “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri və "Gilan Holding"də prezidentin müşaviri olub. 

Qeyd edək ki, Cahangirzadə Məhəmməd Niyaz oğlu hazırda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cahangirov Anar Niyaz oğlunun qardaşıdır.

Azər İsrafilov