Ağstafa RİH başçısı Seymur Orucov ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbullarını davam etdirir.

“Unikal” xəbər verir ki, müvafiq qrafikə uyğun olaraq Qarayazı qəsəbəsində keçirilən növbəti səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Ağstafa RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, yerli sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİH başçısı səyyar qəbulda giriş nitqi söyləyərək qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycanın inkişafında yeni mərhələnin başlanması, ölkəmizin Cənubi Qafqazın lideri kimi regionda təhlükəsizliyin qarantına çevrilməsi, bir sözlə hər bir sahədə əldə olunan dinamik inkişaf ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolun uğurlu davamıdır. Bu gün Azərbaycan xalqı ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik, əmin-amanlığa, o cümlədən dövlətimizin əldə etdiyi bütün uğurlara görə Ulu Öndərə minnətdardır.

Səyyar qəbulda vətəndaşlar tərəfindən səsləndirilən müxtəlif məzmunlu məsələlərin həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyələr və nəzarət qaydasında tapşırıqlar verili