Tədqiqatçılar şizofreniya xəstələrinin tor qişasının sağlam insanlarınkından fərqli olduğunu müəyyən ediblər. Bu dəyişikliklər psixiatrlara kimin ən ağır xəstəliyə sahib olduğunu müəyyən etməyə kömək edə bilər.

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "Biological Psychiatry" jurnalında dərc olunub.

Təkamül nöqteyi-nəzərindən, tor qişa beynin məhsuludur və ümumi genetikanı paylaşır. Genetik dəyişikliklərlə səciyyələnən şizofreniya kimi xəstəliklər üçün tor qişa tədqiqatçılara mərkəzi sinir sistemini öyrənmək üçün asanlıqla əlçatan bir alternativ təqdim edir. Maks Plank Psixiatriya İnstitutunun (Almaniya) alimləri şizofreniya xəstəsi və sağlam nəzarəti olan təxminən 230 xəstənin tor qişasını araşdırıblar. İşığa əsaslanan optik koherens tomoqrafiyadan (OCT) istifadə edərək tor qişanın təbəqələrini qeyd ediblər və ayrı-ayrı sinir hüceyrələrinin elektrik siqnallarını ölçüblər. 

"Nəticələrimiz göstərir ki, şizofreniya xəstələrində tor qişanın bəzi təbəqələri əhəmiyyətli dərəcədə nazikləşib və elektrofizioloji siqnallar əhəmiyyətli dərəcədə dəyişib", deyə tədqiqat rəhbəri Florian Raabe  bildirib. 

Elm adamları ilk dəfə olaraq  bu dəyişikliklərinin xüsusilə genetik risk faktorları yüksək olan xəstələrdə özünü göstərdiyini bildiriblər. Bu korrelyasiya onu göstərir ki, retina dəyişiklikləri təkcə siqaret, piylənmə və ya şəkərli diabet kimi digər amillərlə deyil, xəstəliyin özündən qaynaqlanır (bu, şizofreniya xəstələrində daha çox olur).

Tədqiqat  işinin nəticəsinə görə, gələcəkdə diaqnoz zamanı tor qişanın ölçülməsi psixiatrlara hansı xəstələrin xüsusi risk altında olduğunu proqnozlaşdırmağa kömək edə bilər. 

Gülayə Mecid