Məktəb direktorlarının işə götürülməsi ilə bağlı yeni yanaşma hazırlanır.

"Unikal" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı media nümayəndələri üçün keçirilən məlumatlandırıcı sessiyada deyib.

O bildirib ki, sertifikasiyadan uğurla keçən və yüksək nəticə əldə edən müəllimlərin göstəriciləri gələcəkdə direktor və direktor müavinlərinin işə qəbulu zamanı nəzərə alınacaq.