İyunun 5-i saat 03 radələrində Qala qəsəbəsinin ərazisində naməlum şəxs Bakı şəhər sakini olan bir nəfəri döyüb 35 manat pulunu, 2 ədəd mobil telefonunu və bank kartını əlindən alıb.
DİN-dən "Unikal"a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətmiş əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Sahib İsmayılov saxlanılıb. S.İsmayılov hadisədən sonra zərərçəkənin kartı ilə alış-veriş edib.
Araşdırmalar davam etdirilir.