Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Menecment kafedrasının dosentləri- i.ü.f.d. Arzu Hüseyn və i.ü.f.d. Yasəmən Abasovanın "Ekoloji Sahibkarlıq: Azərbaycanda Ekoturizmin Davamlı İnkişafına dair Empirik Tədqiqatlar" (Ecological Entrepreneurship: Empirical Research on the Sustainable Development of Ecotourism in Azerbaijan) adlı müştərək tədqiqat işi Serbiyanın Belqrad şəhərində keçirilən XII “İqtisadiyyatda yeni paraqdimalar: əlaqə, innovasiyalar və dayanıqlıq” adlı beynəlxalq elmi konfransın gedişatında həmmüəllif A.Hüseyn tərəfindən araşdırmanın yekun nəticələrinə aydınlıq gətirilib.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı və aktuallıq müstəvisində gündəm mövzusu sayılan COP29- kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsinə münasibət sərgiləyən  A.Hüseyn müzakirələrin gedişatında Azərbaycanın işğaldan azad edilən ərazilərinin böyük ekoturizm potensialına malik olduğunu deyib. Azərbaycanda ekoturizm sahəsinə marağın artmasını real faktlarla isbatlayıb. Azərbaycanın ekoturizm potensialından bəhs edən təqdimat-çıxış iştirakçılar tərəfindən maraqla qarşılanıb. Beynəlxalq elmi konfransa təqdim edilən  araşdırma nəticələrinin Scopus elmi bazasında indekslənən jurnallarda nəşr olunacağı iştirakçıların diqqətinə çatdırılıb. 

XII “İqtisadiyyatda yeni paraqdimalar: əlaqə, innovasiyalar və dayanıqlıq” adlı beynəlxalq elmi konfransda ABŞ, Azərbaycan, Qazaxıstan, İspaniya, Serbiya, Xorvatiya, Bolqarıstan, Ukrayna, Bosniya və Hesoqovina, Polşa, Rumıniya, Şimali Kipr Türk Cumhuriyyəti və s. ölkələrin alimləri yaxından iştirak ediblər.