"Şanlı Urfa" restoranının sahibi Surxayev Abdurəhman Rasul oğlu öz həyat yoldaşı Surxayeva Havva Əbülfət qızını məhkəməyə verib.
“Unikal”ın məlumatına görə, restoran sahibinin məhkəməyə müraciət etməsinə səbəb ər-arvad arasında əmlak mübahisələrinə aydınlıq gətirməkdir.
Abdurəhman Surxayev iddiaçı, Havva Surxayeva isə cavabdeh qismində tanınıb. Məhkəmə prosesi Binəqədi Rayon Məhkəməsində hakim Pərviz Məmmədovun sədrliyi ilə keçiriləcək.
Azər İsrafilov