Xəbər verdiyimiz kimi, Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlı vəzifəsindən azad olunub. 

TƏBİB-in mətbuat xidmətindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, Zeynal Bayramlı 5 iyun 2024-cü il tarixində tutduğu vəzifədən azad edilib.

"Ucar rayon Mərkəzi Xəstəxanasının direktoru Zeynal Bayramlı 5 iyun 2024-cü il tarixində öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib", - deyə qeyd olunub. 

***14:26

Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlı vəzifəsindən azad edilib. 

"Unikal"ın əldə etdiyi məlumata görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Digər əmrlə, Zeynal Bayramlıya TƏBİB-də başqa vəzifə həvalə edilib. 

O, Ucar rayon Mərkəzi Xəstəxanasındakı işindən iyun ayının 5-də ayrılıb. 

Ağarza Elçinoğlu