"Son illərdə kirayə mənzil bazarının təklif portfelinin məhdudlaşması artıq tələbələri də bir qədər ehtiyatlı davranmağa məcbur edib".

Bunu "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, hansı tələbələr növbəti tədris ilində Bakıda qalacaqsa, onlar adətən kirayə yaşadıqları ev sahibi ilə razılaşmaya gəlirlər:

"Məsələn, qiymətin yarısını ödəməklə yay aylarında da evi saxlayırlar. Bu addımlardan istifadə olunur və həmin evlər boş qalmır. Əvvəllər yay aylarında təklif artdığı üçün qiymət düşürdü. Avqust-sentyabr ayına doğru isə tələb artırdı və qiymətlər yüksəlirdi. İndi isə evlər boş qalmadığı üçün kirayə mənzil bazarında qiymət azalması müşahidə olunmur".

Anar Kəlbiyev