Milyarder, "Microsoft"un həmtəsisçisi Bill Qeyts öz həyat hekayəsini qələmə alır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Qeyts artıq biznes, texnologiya, iqlim dəyişikliyi və qlobal sağlamlıq kimi mövzularda bir neçə kitab yazıb.

Onun sözlərinə görə,  "Mənbə kodu" adlı yeni xatirə kitabında ilk olaraq onun inkişaf illərinə diqqət yetiriləcək.  Bill Qeytsin "iyirmi yaşının əvvəllərindən ictimaiyyətin diqqətində olmasına" baxmayaraq, əksər insanlar onun ilk illəri haqqında çox az şey bilirlər.

Yeni kitabda "Microsoft"un dünyanın ən böyük şirkətlərindən birinə çevrilməsi və onun 128 milyard dollarının "demək olar ki, hamısını" ianə etmək qərarı da daxil olmaqla, "Bill Qeytsin həyatında aldığı dərsləri və təcrübələri" yer alacaq. 

68 yaşlı Qeyts memuarı özünün "mənşə hekayəsi" adlandırıb.

Gülayə Mecid